AFFA U-17 Liqasında 2025/2026-cı illər mövsümünün qalibləri mükafatlandırılıb.
Neftçi Futbol Mərkəzində təşkil edilən tədbirdən əvvəl sonuncu turun oyunu baş tutub. A qrupunun 14-cü turunun son qarşılaşmasında “Neftçi” və “Sabah” komandaları 0:0 hesablı heç-heçə edib. Hər iki komanda mövsümü 30 xalla tamamlayıb. Ümumi göstəricilərdə rəqibini üstələyən “Neftçi” mövsümü çempion kimi, “Sabah” ikinci, “Qarabağ” isə üçüncü pillədə başa vurub.
Matçların ardından mükafatlandırma mərasimi keçirilib. Çempionatda 3-cü yeri tutan “Qarabağ” bürünc, 2-ci pillənin sahibi “Sabah” gümüş medallarla təltif olunub. Çempion “Neftçi” isə qızıl medallar və kubok təqdim edilib.
Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Aktivinə 24 qol yazdıran “Qarabağ”ın futbolçusu Riad Qaradağlı ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. Liqada iştirak edən komandalar arasında keçirilən sorğuya və U-17 millinin baş məşqçisinin rəyinə əsasən mövsümün ən yaxşı oyunçusu isə “Qarabağ”ın digər üzvü Əli Bəşirov seçilib.
Bundan başqa, U-10 Liqasında Adəm Atazadə (“Vətən), U-11 Liqasında Tuncay Şükürlü (“Xan”), U-12 Liqasında isə Qalib Ağayev (“Ağsu Siti”) feyr-pley mükafatına layiq görülüb.
Mükafatları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və Yarışların təşkili departamentinin rəhbəri Emin Cəfərov təqdim ediblər.