AFFA U-13 Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.
Bayıl stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib. Bürünc mükafat uğrunda matçda “Turan Tovuz” üzərində 1:0 hesablı qələbə qazanan “Sabah” komandası yarışı üçüncü sırada tamamlayıb.
Ardından final qarşılaşmasında “Qarabağ” və “Neftçi“ komandaları üz-üzə gəliblər. Görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında rəqibini 4:3 hesabı ilə məğlub edən “Neftçi” çempion olub. “Qarabağ” isə gümüş medallar əldə edib.
Oyunlardan sonra “Sabah” bürünc, “Qarabağ” gümüş medalla, “Neftçi” qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi mükafatçılar da müəyyənləşib. U-8 Liqasında “Ulduz” Futbol Akademiyasından Cəlal Quliyev, U-9 Liqasında “Qarabağ”dan Arda Babayev, U-13 Liqasında isə “Qarabağ”dan Yusif Əliyev feyr-pley mükafatçısı seçilib.
U-13 Liqasında mövsümün ən yaxşı qapıçısı “Qarabağ”ın qolkiperi Amid Şabanov, ən yaxşı futbolçusu isə “Neftçi”nin üzvü Adil Şabanov seçilib.
Mükafatları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və Yarışların təşkili departamentinin rəhbəri Emin Cəfərov təqdim ediblər.