az en
News / Klub nümayəndələri ilə görüş keçirildi (fotolar)

Klub nümayəndələri ilə görüş keçirildi (fotolar)

Liqalar Dərc olundu: 12.06.2026 Çap
AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə liqalarda 2026/2027-ci illər mövsümündə iştirak edəcək komandaların nümayəndələri arasında görüş keçirilib. Görüşdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov da iştirak edib.
Klub nümayəndələri ilə görüş keçirildi (fotolar)
AFFA-nın inzibati binasında baş tutan tədbirdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub. 2026/2027-ci illər mövsümündə liqaların formatı, eləcə də növbəti mövsümlərdə yarışların təşkili və keçirilməsi ilə bağlı planlaşdırılan dəyişikliklər barədə tərəflərin rəyləri öyrənilib.
Müzakirələrin daha səmərəli baş tutması məqsədilə klubların akademiya direktorları və koordinatorları da dəvət olunub.
 
Baş Sponsor