Tədbir çərçivəsində uşaqlar Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edərək futbolçularla görüşüblər.
Görüşdə AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva və Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov uşaqları salamlayaraq onları Zəfər Günü münasibətilə təbrik ediblər. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Uşaqlar futbolçularla söhbət edib, onlarla vaxt keçiriblər. Tədbirin sonunda AFFA tərəfindən şəhid və qazi övladlarına hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.
Tədbirin keçirilməsində məqsəd şəhid və qazi övladlarına diqqət və qayğı göstərmək, onların sevincinə şərik olmaq və idmanın birləşdirici gücünü nümayiş etdirməkdir.