az en
News / Region Liqasında fəaliyyət göstərən məşqçilər “D” kateqoriyalı lisenziyalarını alıblar

Region Liqasında fəaliyyət göstərən məşqçilər “D” kateqoriyalı lisenziyalarını alıblar

AFFA Dərc olundu: 13.11.2026 Çap
AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə noyabrın 10-da start götürən “D” kateqoriyalı məşqçi kursu başa çatıb. Bayıl stadionunda yerləşən Futbol İnkişaf Mərkəzində üç gün davam edən kursun son günündə iştirakçılara məşqçi sertifikatları təqdim olunub.
Region Liqasında fəaliyyət göstərən məşqçilər “D” kateqoriyalı lisenziyalarını alıblar
Ölkə futbolunda ilk dəfə olaraq Region Liqası komandalarında fəaliyyət göstərən, lakin müvafiq lisenziyası olmayan yerli məşqçilərin maarifləndirilməsi məqsədilə təşkil olunan kursu uğurla başa vuranlar arasında region klublarının təmsilçiləri də yer alıblar.
Kursu uğurla başa vuran iştirakçılar arasında “Fençinq” FK-nın təmsilçiləri Emin Hüseynov, Elmir Zodanov və Ceyhun Əliyev, “Ramana” FK-dan Baloğlan Həsənov, “Mil” İK-dan Kamran Məmmədli, “Cəngi” FK-dan Fərid Şirinzadə, “Xan Çinar” FK-dan Elçin Həsənov, “Topçular” FK-dan Qanı Nəsirov, “Mübariz Binə” FK-dan Zaur Mustafayev, “Kaspian” FK-dan Asiman Cəfərli, “Qaradağ Şıxlar” FK-dan Namiq Teyyubov, “İnşaatçı Sabirabad” FK-dan Yalçın Əliyev və “Qobustan” FK-dan Elbrus Baxşaliyev də yer alıblar.
Lisenziyaları AFFA-nın Məşqçiləri Maarifləndirmə və Futbol Layihələri şöbələrinin rəhbərləri Aslan Kərimov və Fərid Nağdaliyev, məşqçi-təlimatçılar İlham Əzizzadə və Mehdi İbrahimov, həmçinin BFF-nin prezidenti Tahir Süleymanov təqdim ediblər.
Qeyd edək ki, növbəti “D” lisenziyalı  kurslar 24-26 noyabr və 15-17 dekabr tarixlərində keçiriləcək.
Baş Sponsor