az en
News / APL Fantasy-də oktyabr ayının və 10-cu turun qalibləri müəyyənləşib

APL Fantasy-də oktyabr ayının və 10-cu turun qalibləri müəyyənləşib

AFFA Dərc olundu: 11.11.2026 Çap
APL Fantasy-də Azərbaycan Premyer Liqasının 2026/27 mövsümünün oktyabr ayında keçirilən oyunlarının nəticələrinə əsasən, ayın və 10-cu turun qalibləri bəlli olub.
APL Fantasy-də oktyabr ayının və 10-cu turun qalibləri müəyyənləşib
Oktyabr ayının qalibi 213 xal toplayan Mahir Məmmədli, 10-cu turun qalibi isə 62 xalla Orxan Hüseynov olub.
Mahir Məmmədli göstərdiyi nəticəyə görə AFFA və APL Fantasy-nin tərəfdaşı “Euroacs” şirkəti tərəfindən hədiyyə ilə mükafatlandırılıb. Orxan Hüseynov isə yaxın gələcəkdə mükafatlandırılacaq. 
Qeyd edək ki, APL Fantasy iştirakçılarına Azərbaycan Premyer Liqasında çıxış edən real futbolçulardan virtual komanda formalaşdırmaq, hər turun nəticələrinə uyğun xal toplamaq və digər futbolsevərlərlə rəqabət aparmaq imkanı yaradır. Hazırda platformada 19 000-dən çox istifadəçi qeydiyyatdan keçib.
Mövsüm ərzində keçiriləcək 33 turun hər birinin yekununda qaliblər müəyyənləşdirilərək mükafatlandırılacaq. APL Fantasy-də artıq 500-dən çox liqa yaradılıb  İstifadəçilər müxtəlif liqalara qoşularaq dostları, həmkarları, digər futbolsevərlər və müxtəlif təşkilatların yaratdığı komandalarla rəqabət apara bilirlər.
Mövsümün sonunda isə APL Fantasy iştirakçılarını daha böyük mükafatlar gözləyir. Əsas mükafat qaliblərdən biri üçün xüsusi futbol təcrübəsi – Azərbaycan milli futbol komandası ilə birlikdə komandanın rəsmi səfər oyunlarından birinə iki nəfərlik səfər olacaq. AFFA bütün futbolsevərləri APL Fantasy-yə qoşulmağa, öz virtual komandalarını qurmağa və 33 tur ərzində mübarizəyə davam etməyə dəvət edir.
APL Fantasy-yə qoşulmaq və platforma haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi kanallara müraciət edə bilərsiniz:
 
Baş Sponsor