az en
News / Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib

Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib

AFFA Dərc olundu: 09.11.2026 Çap
Misli Premyer Liqasının XI turu çərçivəsində keçirilən “Zirə” – “Qəbələ” oyununda Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil edilib.
Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin təşkilatçılığı, “Zirə” və “Qəbələ” futbol klublarının dəstəyi ilə keçirilən aksiya çərçivəsində 3 saylı uşaq tərbiyə müəssisəsinin uşaqları meydana çıxarkən futbolçuları müşayiət ediblər. Uşaqlar meydana əllərində Azərbaycan bayrağı və üçrəngli bayrağımızın rənglərini əks etdirən formalarla çıxıblar.
Aksiya çərçivəsində klubların rəhbərlikləri tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.
Təşəbbüsün əsas məqsədi uşaqlara diqqət və qayğı göstərmək, həmçinin onlarda milli dəyərlərə və dövlət rəmzlərimizə hörmət və sevgi hissini gücləndirməkdir.
 
Baş Sponsor