az en
News / Əliyar Ağayev UEFA Avropa Liqasının oyununu idarə edəcək

Əliyar Ağayev UEFA Avropa Liqasının oyununu idarə edəcək

Hakimlər Dərc olundu: 03.11.2026 Çap
FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının əsas mərhələsində keçiriləcək “Selta” (İspaniya) – “Yunion Sent-Jillua” (Belçika) oyununun baş hakimi olacaq.
Əliyar Ağayev UEFA Avropa Liqasının oyununu idarə edəcək
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək. VAR hakimi avstriyalı Manuel Şüttengruber, AVAR hakimi isə İnqilab Məmmədov olacaq.
Noyabrın 5-də İspaniyanın Viqo şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə noyabrın 6-da saat 00:00-da başlayacaq.
Baş Sponsor