FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələsində keçiriləcək “Anderlext” (Belçika) – “Zalsburq” (Avstriya) oyununun baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək. VAR hakimi ingiltərəli Maykl Solsberi, AVAR hakimi isə Nicat İsmayıllı olacaq.
Noyabrın 5-də Belçikanın Brüssel şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.