FIFA referisi Tural Qurbanov UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci mərhələsi çərçivəsində keçiriləcək “Kayrat” (Qazaxıstan) – “MTK Budapeşt” (Macarıstan) oyununu idarə edəcək.
Ona Cəmil Quliyev və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını qazaxıstanlı Kirill Tkaçev yerinə yetirəcək.
Noyabrın 4-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.