az en
News / UEFA-dan Elçin Məsiyevə növbəti təyinat

UEFA-dan Elçin Məsiyevə növbəti təyinat

Hakimlər Dərc olundu: 13.10.2026 Çap
FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda keçiriləcək oyuna təyinat alıb.
UEFA-dan Elçin Məsiyevə növbəti təyinat
O, Sloveniyanın “Çelye” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək qarşılaşmanı idarə edəcək. Baş hakimə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Fərid Hacıyev dördüncü hakim, Nicat İsmayıllı isə AVAR hakimi olacaq. VAR hakimi funksiyasını isə italiyalı Luka Payeretto yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 15-də Sloveniyanın Çelye şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Baş Sponsor