FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda keçiriləcək oyuna təyinat alıb.
O, Niderlandın “NEK” və Bolqarıstanın “Levski” komandaları arasında keçiriləcək qarşılaşmanı idarə edəcək. Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. İnqilab Məmmədov dördüncü hakim olacaq. VAR hakimi xorvatiyalı İvan Bebek, AVAR hakimi isə almaniyalı Bastian Dankert olacaq.
Qeyd edək ki, oktyabrın 15-də Niderlandın Neymegen şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.