FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb. O, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsində B qrupunun 3 oyununda fəaliyyət göstərəcək.
Fəridə Lütfəliyeva oktyabrın 7-də İrlandiya Respublikası – Ermənistan, 13-də Ermənistan – Gürcüstan matçlarının baş hakimi, 10-da Bolqarıstan – Ermənistan görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oyunlar Bolqarıstanın Albena şəhərində keçiriləcək.