17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.
B Liqasının 3-cü qrupunda yer alan millimiz Belçikanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubec” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
12 mart
Belçika (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar)
“Matiya Qubec” stadionu, Krşko. Saat 15:00
Baş hakim: Veronika Vasilçenko (Ukrayna)
Baş hakimin köməkçiləri: İrina Qoliyak (Ukrayna), Kaya Şkrban (Sloveniya)
Dördüncü hakim: Tayda Qlebeç (Sloveniya)