az en
News / U-17 və U-19 (Qadınlar) millilərimizin rəqibləri məlum olub

U-17 və U-19 (Qadınlar) millilərimizin rəqibləri məlum olub

U-19 (qızlar), U-17 (qızlar) Dərc olundu: 11.06.2026 Çap
17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2026/2027-ci illər mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb.
U-17 və U-19 (Qadınlar) millilərimizin rəqibləri məlum olub
Püşkatma mərasimində Azərbaycan millilərinin rəqibləri müəyyənləşib. B Liqasının 1-ci qrupunda yer alan U-17 İrlandiya, Kosovo və Albaniya yığmaları ilə mübarizə aparacaq.
B Liqasının 3-cü qrupunda qərarlaşan U-19 isə Serbiya, Şimali Makedoniya və Monteneqro seçmələri ilə qarşılaşacaq.
Oyunlar bu ilin payızında baş tutacaq. Oyunların keçiriləcəyi ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.
Baş Sponsor