Hakimlərimiz vətənə qayıdıblar
Hakimlər
Dərc olundu: 07.03.2026
Çap
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev və FIFA VAR referisi Nicat İsmayıllı Yaxın Şərqdə baş verən hərbi gərginlik səbəbindən bir müddət Küveytdən Azərbaycana qayıda bilmirdilər.
Qeyd etmək istəyirik ki, bu gün referilərimiz təhlükəsiz şəkildə vətənə qayıdıblar.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yaranmış vəziyyət zamanı göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycanın Küveytdəki səfirliyinə təşəkkürünü bildirir.