az en
News / Millimiz (Çimərlik) Avropa çempionatının yarımfinalında

Millimiz (Çimərlik) Avropa çempionatının yarımfinalında

Çimərlik futbolu Dərc olundu: 12.09.2025 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ikinci oyununu keçirib.
Millimiz (Çimərlik) Avropa çempionatının yarımfinalında
B Liqasının A qrupunda yer alan millimiz Litva yığması ilə qarşılaşıb. İtaliyanın Viareccio şəhərində baş tutan görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu Kamran Qürbətov vurub.
Beləliklə, qrupda ikinci yeri tutan millimiz yarımfinala vəsiqə qazanıb. Sentyabrın 13-də keçiriləcək yarımfinal görüşündə komandamız Rumıniya yığması ilə qarşılaşacaq.
Baş Sponsor