az en
News / AFFA-nın baş katibi çimərlik futbolu üzrə milli üzvləri ilə görüşdü (fotolar)

AFFA-nın baş katibi çimərlik futbolu üzrə milli üzvləri ilə görüşdü (fotolar)

AFFA, Çimərlik futbolu Dərc olundu: 29.07.2026 Çap
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Gürcüstanın Batumi şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa çempionatının (EBSL) B Liqasının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.
AFFA-nın baş katibi çimərlik futbolu üzrə milli üzvləri ilə görüşdü (fotolar)
Görüşdə Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, milli komandanın məşqçi heyəti və futbolçuları iştirak ediblər.
Cahangir Fərəcullayev komandanı B Liqasının qalibi olması və A Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib. Baş katib millimizə Avropanın ən güclü komandalarının mübarizə apardığı A Liqasında uğurlar arzulayıb.
 
Baş Sponsor