az en
News / Gənclər və idman naziri çimərlik futbolu üzrə milli üzvləri ilə görüşdü (fotolar)

Gənclər və idman naziri çimərlik futbolu üzrə milli üzvləri ilə görüşdü (fotolar)

Çimərlik futbolu Dərc olundu: 03.08.2026 Çap
Bu gün gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə iyul ayında yüksək nəticələr əldə etmiş milli komandalar və idmançılarla görüş keçirilib.
Gənclər və idman naziri çimərlik futbolu üzrə milli üzvləri ilə görüşdü (fotolar)
Gürcüstanın Batumi şəhərində təşkil olunan çimərlik futbolu üzrə Avropa çempionatının (EBSL) B Liqasının qalibi olan Azərbaycan milli komandasının üzvləri də görüşdə yer alıblar. Tədbirdə AFFA-nın baş katibinin müavini Kamran Vəliyev və Azərbaycan Çimərlik Futbolu Federasiyasının vitse-prezidenti Fərid Axundov da iştirak ediblər.
Millinin futbolçusu İsa Zeynallı göstərilən etimada və dəstəyə görə gənclər və idman nazirinə, AFFA rəhbərliyinə, eləcə də Azərbaycan Çimərlik Futbolu Federasiyasına təşəkkürünü bildirib.
 
 
Baş Sponsor