Çimərlik futbolu üzrə Klublararası Dünya Çempionatının (World Winners’ Cup Alanya 2026) turnirinin püşkatması keçirilib.
Oktyabrın 26-dan noyabrın 1-dək Türkiyənin Alanya şəhərində keçiriləcək turnirdə Azərbaycanı “Marafon” çimərlik futbolu klubu təmsil edəcək.
Püşkatmanın nəticələrinə əsasən, “Marafon” komandası "TMS FC" (Çin), "BSC Sunrise Kyiv" (Ukrayna) və "MFC Spartak" (Bolqarıstan) klubları ilə eyni qrupda yer alıb.