az en
News / AFFA nümayəndələri UEFA-nın tədbirində

AFFA nümayəndələri UEFA-nın tədbirində

UEFA Dərc olundu: 07.03.2026 Çap
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı üzrə şöbəsinin əməkdaşları Şəbnəm Eyyubova və Zəhra Vəlizadə UEFA tərəfindən təşkil olunan “SES Managers Annual Meeting” tədbirində iştirak edirlər.
AFFA nümayəndələri UEFA-nın tədbirində
Tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki baş qərargahında keçirilir. Görüş sosial və ətraf mühit dayanıqlığı, təhlükəsizlik və müvafiq təşəbbüslər sahəsində fəaliyyət göstərən menecerlər üçün illik müzakirə platforması rolunu oynayır. Görüş çərçivəsində iştirakın və təsirin artırılması, kommunikasiya və davamlılıq istiqamətində əməkdaşlıq, milli səviyyədə təşəbbüslərin formalaşdırılması və praktiki təcrübə mübadiləsi kimi mövzular müzakirə edilir.
Tədbir çərçivəsində AFFA əməkdaşları UEFA nümayəndələri ilə bir sıra görüşlər keçirərək müxtəlif aktual məsələlər ətrafında müzakirələr aparıblar.
Baş Sponsor