Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-də (EBSL) növbəti oyununu keçirib.
Millimiz turnirin yarımfinalında Rumıniya yığması ilə qarşılaşıb. İtaliyanın Viareccio şəhərində təşkil olunan görüş rəqib komandanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sahib Məmmədov iki, Comərd Baxşəliyev bir vurub.
Azərbaycan millisi 3-cü yer uğrunda sentyabrın 14-də Qazaxıstan yığması ilə qarşılaşacaq.