az en

Təhsil

Futbol təhsilinin səviyyəsinin yüksəldilməsi, müasir tələblərə cavab verməsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prioritetlərindən biridir. İxtisaslı kadrların hazırlanması məqsədilə AFFA-nın təşkilatçılığı ilə müxtəlif məşqçi kursları keçirilir. Uzun müddət C, UEFA-nın B və A kurslarını təşkil edən AFFA-nın bu sahədə həyata keçirdiyi tədbirlər Avropa futbol təşkilatı tərəfindən yüksək qiymətləndirilib və 2011-ci il iyunun 27-dən etibarən AFFA-nın təşkilatçılığı ilə UEFA-nın ən yüksək məşqçi lisenziyasını əldə etməyə imkan verən Pro kateqoriyalı kurslar keçirilməyə başlayıb. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, AFFA 2012-ci ildən UEFA-nın Məşqçilər Konvensiyasına qoşulub.
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları