az en
News / Aleksander Çeferin UEFA-nın prezidenti seçilib

Aleksander Çeferin UEFA-nın prezidenti seçilib

UEFA Dərc olundu: 14.09.2016 Çap
Bu gün Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə Aleksander Çeferin UEFA-nın prezidenti seçilib.
 
Aleksander Çeferin UEFA-nın prezidenti seçilib
Sloveniyalı futbol funksionerinə UEFA-nın 55 üzvündən 42-si səs verib. Digər namizəd – niderlandlı Mixael van Praaq isə 13 səs toplaya bilib.
Xatırladaq ki, seçkidən bir müddət öncə AFFA açıqlama verərək Aleksander Çeferinin namizədliyini dəstəklədiyini bildirmişdi.
 
Baş Sponsor 
Partnyorlar