az en
News / Baş katib könüllülərin Yay Düşərgəsində (fotoreportaj)

Baş katib könüllülərin Yay Düşərgəsində (fotoreportaj)

Könüllülər Dərc olundu: 12.09.2019 Çap
Xəbər verdiyimiz kimi, sentyabrın 11-dən etibarən Şamaxı Olimpiya Mərkəzində AFFA tərəfindən təşkil olunan UEFA Avro-2020-nin Könüllülük proqramı çərçivəsində Yay Düşərgəsi start götürüb.
 
Baş katib könüllülərin Yay Düşərgəsində (fotoreportaj)
Düşərgədə Avro-2020 könüllülük proqramı üçün qeydiyyatdan keçən, eyni zamanda, UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyununda çalışmış və finalın müsahibə mərhələsində daha yüksək qiymətləndirmə alan 200 könüllü iştirak edir.
Düşərgədə könüllülərə Avro-2020 haqqında məlumatlar verilir, müxtəlif şöbələr tərəfindən təlimlər təşkil olunur, eyni zamanda xüsusi qonaqlarla görüş və seminarlar həyata keçirilir.
AFFA-nın baş katibi, Avro-2020 işçi qrupunun meneceri Elxan Məmmədov bu gün düşərgəyə baş çəkən qonaqlar arasında olub. O, könüllülərlə birgə komanda quruculuq tədbirlərində iştirak edib, eləcə də idarəetmə qabiliyyətinin iş və şəxsi həyatda tətbiqi barədə onlarla fikir mübadiləsi aparıb. Könüllülərlə diskusiyya zamanı şəbəkə oyunu təşkil olunub, oyunun sonunda yaranmış torun altında şəkil çəkdirilib.
Düşərgənin təşkil olunmasında məqsəd könüllülər arasında ünsiyyətin möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, əldə olunan uğurlar və gələcək tədbirlərin əhəmiyyəti barəsində dialoqların aparılmasıdır. Düşərgə sentyabrın 13-ə qədər davam edəcək.
 
Baş Sponsor 
Proyekt Partnyorları