az en
News / "Danışılmış oyunlara qarşı" Forumu keçirilir

"Danışılmış oyunlara qarşı" Forumu keçirilir

UEFA Dərc olundu: 11.12.2018 Çap
Bu gündən etibarən Ukraynanın paytaxtı Kiyevdə FİFA və UEFA-nın dəstəyi, Ukrayna Futbol Federasiyasının Etika və Fair Play Komitəsinin təşkilatçılığı ilə "Danışılmış oyunlara qarşı" mövzusunda forum keçirilir.
 
"Danışılmış oyunlara qarşı" Forumu keçirilir
İki gün davam edəcək forumun keçirilməsində məqsəd qonşu ölkələrin nümayəndələri ilə “Fair Play” məsələləri və aidiyyatı təhqiqatların aparılması mövzusunda təcrübə mübadiləsi aparmaqdır. FİFA, UEFA, Ukrayna, Slovakiya, Latviya, Polşa, Çexiya, Gürcüstan və Litva futbol federasiyalarının nümayəndələrinin iştirak etdiyi forumda AFFA-nı UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli təmsil edir. Forum zamanı FİFA və UEFA-nın, eləcə də federasiyaların əməkdaşları arasında ikitərəfli görüşlər keçirilir.
 
Baş Sponsor 
Proyekt Partnyorları