az en
News / Elxan Məmmədov UEFA komitəsinin iclasında

Elxan Məmmədov UEFA komitəsinin iclasında

UEFA Dərc olundu: 01.02.2016 Çap
Bu gündən etibarən Fransanın paytaxtı Paris şəhərində UEFA-nın İdarəetmə və Audit  Komitəsinin iclası keçiriləcək.
 
Elxan Məmmədov UEFA komitəsinin iclasında
AFFA-nın baş katibi, qeyd olunan komitənin üzvü Elxan Məmmədov iclasda iştirak edəcək. Avro-2016-nın təşkilati məsələlərinin auditi ilə bağlı müzakirələrin aparılacağı iclas öz işini fevralın 3-də yekunlaşdıracaq.
Xatırladaq ki, İdarəetmə və Audit  Komitəsinin digər üzvləri Avstriya və Finlandiya futbol federasiyalarını təmsil edir.
 
Baş Sponsor 
Partnyorlar