az en
News / Final oyununun ilk simvolik bileti AFFA prezidentinə təqdim olunub

Final oyununun ilk simvolik bileti AFFA prezidentinə təqdim olunub

UEFA Dərc olundu: 16.05.2018 Çap
Final oyununun ilk simvolik bileti AFFA prezidentinə təqdim olunub
Bu gün Fransanın Lion şəhərindəki “Stade de Lyon” stadionunda “Marsel” (Fransa) – “Atletiko” (İspaniya) komandaları arasında keçirilən UEFA Avropa Liqası turnirinin 2017/2018-ci il mövsümünün final oyunundan öncə arenada UEFA-nın prezidenti Aleksander Çeferin UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda təşkil olunacaq final oyununun ilk simvolik biletini AFFA-nın prezidenti Rövnəq Abdullayevə təqdim edib. Simvolik biletin təqdimatında UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.
Xatırladaq ki, UEFA Avropa Liqasının 2018/2019-cu il mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul olunub.
 
Baş Sponsor 
Partnyorlar