az en
News / “Məktəblərdə danışıq seminarları” (fotolar)

“Məktəblərdə danışıq seminarları” (fotolar)

UNICEF Dərc olundu: 20.05.2019 Çap
AFFA və UNICEF “Qızlar bacarır” kompleks kommunikasiya layihəsi çərçivəsində Bakı və ətraf rayonlarda məktəb şagirdləri üçün qızlardan ibarət Azərbaycan milli komandalarının futbolçularının iştirak etdiyi “Məktəblərdə danışıq seminarları” keçirilir.
 
“Məktəblərdə danışıq seminarları” (fotolar)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və UNICEF-in 2007-ci ildən başlayan əməkdaşlığı cəmiyyətimizdə uşaqların futbola qarşı marağının sürətlə artmasında qeydə alınan ən önəmli faktorlardan biridir. Həmin vaxtdan etibarən qızların da idmanda iştirakının dəyəri bu əməkdaşlığın əsas istiqamətlərindən biri olub. Yaxşı məlumdur ki, qızların idmanda iştirakına münasibət birmənalı deyil. Qızların idmanda uğurlu iştirakını təbliğ edən AFFA-nın qızlar futbol liqaları cəmiyyətdəki münasibət və davranışları müsbət mənada dəyişdirməyə kömək edən güclü vasitədir. Bunu nəzərə alaraq, AFFa & UNICEF əsas  mesajlarını qızlara, onların valideynlərinə və icmalara çatdırmaq üçün “Məktəblərdə danışıq seminarları”na start verib. Qızların futbolda iştirakı, habelə həssas və təcrid olunmuş uşaq və gənclərə qarşı (o cümlədən qızların və əlillərin) ayrı-seçkilik, stiqma və stereotiplərin aradan qaldırılmasını, eləcə də sağlam və müsbət həyat tərzini təbliğ etmək üçün idmandan istifadə edən UNICEF ilə tərəfdaşlıq AFFA-nın “GROW 2020” adlı inkişaf strategiyasında göstərilmiş əsas prioritetlərdəndir.
2019-cu il  mayın 20-də başlayan layihədə AFFA qızlara öz futbol səyahətlərini məktəbdə geniş auditoriya ilə bölüşmək və gənc nəslin nümayəndələrini öz arzularının arxasında dayanmağa, onları reallaşdırmağa həvəsləndirəcək canlı interaktiv danışıq seminarları - qız futbolçuların məktəblərdə söhbət seanslarını təşkil edib.
Layihə çərçivəsində AFFA və UNICEF  “Qızlar bacarır” kompleks kommunikasiya kampaniyası vasitəsilə qızların verdiyi töhfə barədə, məktəbdə sənət seçmək mərhələsində olan, idmana marağı olduğu halda hələ də tərəddüd edən şagirdlərə və ümumilikdə cəmiyyətimizə önəmli mesajlar çatdırılacaq. Şagirdlərlə interaktiv danışıq seminarları keçirən milli komandalarımızın nümayəndələri təəsuratlarını bölüşərkən hər bir auditoriyadan müsbət enerji aldıqlarını və şagirdlərin diqqətini cəlb edib qərar verməkdə, istiqamət göstərməkdə yardımçı olmalarından məmnun hissi keçirdiklərini qeyd ediblər. 
İlk belə tədbir bu gün Bakının 269 №-li orta məktəbində təşkil edilib. Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov və yığmanın üzvü Roza Quliyeva öz fəaliyyətləri, futbola gəlməkləri və uğurları haqqında şagirdlərə məlumat verib, onları ruhlandıracaq və futbola marağını artıracaq  seminar keçiblər.
 
Baş Sponsor 
Partnyorlar