az en
News / “Məktəblərdə danışıq seminarları” layihəsi, 65 saylı məktəb (fotolar)

“Məktəblərdə danışıq seminarları” layihəsi, 65 saylı məktəb (fotolar)

UNICEF Dərc olundu: 21.05.2019 Çap
AFFA və UNICEF “Qızlar bacarır” kompleks kommunikasiya layihəsi çərçivəsində Bakı və ətraf rayonlarda məktəb şagirdləri üçün qızlardan ibarət Azərbaycan milli komandalarının futbolçularının iştirak etdiyi “Məktəblərdə danışıq seminarları” davam etdirilir.
Növbəti belə tədbir bu gün Bakının 65 №-li orta məktəbində təşkil edilib. 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Elvira Əskərzadə öz fəaliyyəti, futbola gəlişi və uğurları barədə şagirdlərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
“Məktəblərdə danışıq seminarları” layihəsi, 65 saylı məktəb (fotolar)
Baş Sponsor 
Partnyorlar