az en
News / “M.Y.” Futbol Məktəbində yeni layihə (fotoreportaj)

“M.Y.” Futbol Məktəbində yeni layihə (fotoreportaj)

Mançester Yunayted Dərc olundu: 28.04.2015 Çap
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Bakcell şirkəti və İngiltərənin Mançester Yunayted futbol klubu arasında tərəfdaşlıq münasibətləri çərçivəsində Bakcell şirkətinin dəstəyi ilə Bakıda daimi fəaliyyət göstərən Mançester Yunayted Futbol Məktəbində Təhsil Nazirliyinin əməkdaşlığı ilə yeni layihənin icrasına başlanılıb. Bayıl stadionunda Səbail rayonundakı orta məktəblərin 1-ci və 2-ci sinif şagirdləri üçün məşqlər təşkil olunub. Uşaqların futbola marağının yüksəldilməsi məqsədilə təşkil olunan məşqlərin hər həftənin bazar ertəsi günü sistematik olaraq keçirilməsi nəzərdə tutulub.
 
“M.Y.” Futbol Məktəbində yeni layihə (fotoreportaj)
Baş Sponsor 
Partnyorlar