az en
News / Pro kursu: DÇ-nin oyunları təhlil olunur (fotolar)

Pro kursu: DÇ-nin oyunları təhlil olunur (fotolar)

Məşqçi kursları Dərc olundu: 09.08.2018 Çap
Bu gündən etibarən AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun daha bir moduluna start verilib.
 
Pro kursu: DÇ-nin oyunları təhlil olunur (fotolar)
Avqustun 11-dək davam edəcək bu modul 2018-ci ildə Rusiya təşkil olunmuş dünya çempionatında keçirilmiş oyunların təhlilinə həsr ediləcək. Qarşılaşmalarda taktiki planda diqqətçəkən məqamlar və müşahidə olunan yeniliklər müzakirə olunacaq.
UEFA-nın tövsiyəsi ilə təşkil olunmuş, AFFA-nın texniki direktoru Bernhard Lippert, təlimatçılar Aslan Kərimov və Osman Rəhimovun iştirakı ilə keçirilən bu modulun yekunları kursda təhsil alan məşqçilərin qiymətləndirilməsinə təsir göstərməyəcək.
 
Baş Sponsor 
Partnyorlar