Bu gün Naxçıvan Muxtar Respublika stadionuda “Qəbələ” və “Sumqayıt” klubları arasında Azərbaycan kuboku uğrunda yarışın final oyunu keçirilib.
Qarşılaşma 1:0 hesabı ilə “Qəbələ” klubunun xeyrinə başa çatıb. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyasının prezidenti Səbuhi Şahverdiyev, gənclər və idman naziri Azad Cabbarov təqdim ediblər.