az en
News / “Qəbələ” Coca-Cola U-13 Liqasının qalibi olub (fotoreportaj)

“Qəbələ” Coca-Cola U-13 Liqasının qalibi olub (fotoreportaj)

Dərc olundu: 24.05.2018 Çap
AFFA-nın təşkil etdiyi Coca-Cola U-13 Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub. 
“Qəbələ” Coca-Cola U-13 Liqasının qalibi olub (fotoreportaj)
Binə stadionunda keçirilən final oyununda “Neftçi” və “Qəbələ” komandaları qarşılaşıb. 2:0 hesabı ilə qalib gələn “Qəbələ” Coca-Cola U-13 Liqasının qalibi olub. Üçüncü yeri isə “Səbail” komandası tutub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, baş katibin müavini Sərxan Hacıyev təqdim ediblər.
 
"Füzuli" komandasının üzvü Azər Tağıyev liqanın bombardiri olub. Liqanın ən yaxşı oyunçusu "Qəbələ" komandasında çıxış edən Eşqin Əhmədov, ən yaxşı qapıçısı Məmməd Muradov (“Qəbələ”) seçilib. Fair Play mükafatına isə "Neftçi" komandasının futbolçusu Ramiz Muradov layiq görülüb. Final oyununu idarə edən hakimlərə diplomlar təqdim edilib.
İlk üç yeri tutan komandalar müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif edilib.
Sonda "Qəbələ" komandasına kubok təqdim olunub.
Baş Sponsor 
Partnyorlar