az en
News / TİM “Coca-Cola U-13 Liqa”nın qalibi olub (fotoreportaj)

TİM “Coca-Cola U-13 Liqa”nın qalibi olub (fotoreportaj)

Dərc olundu: 24.05.2016 Çap
Bu gün Bayıl stadionunda keçirilmiş final oyunu ilə “Coca-Cola U-13 Liqa”nın 2015/2016-cı il mövsümünə yekun vurulub.
 
TİM “Coca-Cola U-13 Liqa”nın qalibi olub (fotoreportaj)
“İnter” və TİM (Gəncə) komandaları arasında keçirilmiş həlledici oyunda 1:0 hesabı ilə qələbə qazanan Gəncə təmsilçisi liqanın qalibi olub. Üçüncü pilləni isə “Neftçi”ni 1:0 hesabı ilə məğlub edən “Qəbələ” komandası tutub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, “Kəpəz” PFK İB-nin Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, futbol veteranı Rüstəm Rəhimov, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev təqdim ediblər.
Mövsüm ərzində 67 qol vuran Ümid Səmədov (TİM) bombardirlər yarışında həmyaşıdlarını qabaqlayıb. “Qəbələ” klubunun üzvü Mehrac Baxşəliyevə Fair Play mükafatı verilib. Liqanın ən yaxşı futbolçusu “İnter” komandasından Seymur Məmmədov seçilib.
 
Baş Sponsor 
Partnyorlar