az en
Əsasnamə Təqvim
2023/2024-cü illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 11 yaşadək  (U-11) oğlan oyunçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
Əsasnaməsi
 
1.Əsas müddəalar
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2.Məqsəd və vəzifələr
2.1 AFFA U-11 Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
• Oğlanlar arasında futbolun təbliği və kütləviliyi;
• Oğlan oyunçuların ustalığının yüksəldilməsi;
• Oğlan oyunçuların klublarda hazırlanması və milli komandalara cəlb olunması;
• Komandaların mövsümün yekununda tutduğu yerin müəyyən edilməsi;
 
3.İştirakçıların müəyyən olunması
3.1 AFFA U-11 Liqasında klublara və komandalara iştirak hüququnu AFFA verir.                            
3.2 Misli Premyer Liqasında iştirak edən klubların müvafiq yaş qrupundan ibarət komandasının AFFA U-11 Liqasının cari mövsümündə iştirakı mütləqdir.
3.3 AFFA U-11 Liqasında bir klub bir ad altında, bir komanda ilə təmsil oluna bilər.
 
4.İştirakçı komandanın öhdəlikləri
4.1 İştirakçı klublar və ya komandalar bu Əsasnamənin bütün bəndlərinə riayət etməlidirlər.
4.2 İştirakçı klublar və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
4.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (oyunçular, rəsmi şəxslər, azarkeşlər,valideynlər və b.) davranışına görə məsuliyyət daşıyırlar.
4.4 AFFA U-11 Liqasında iştirak edən klub və ya komandalar xarici ölkələrə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə  AFFA U-11 Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda, oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.
4.5 İştirakçı klub və komandalar oyunçuların lizensiyalarını rəngli formatda çap edib özləri ilə oyuna gətirməlidir.
 
5.Transfer, icarə və sifariş məsələləri
5.1 Hər bir oyunçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
5.2 Cari il ərzində heç bir komandada sifariş edilməyən oyunçu istənilən zaman komandaya cəlb oluna bilər. 05.01.2024-cü il tarixindən – 31.01.2024-cü il tarixinədək transfer pəncərəsi açıq elan edilir (Liqada çıxış edən bütün komandalar üçün  transfer müddəti eynidir).
5.3 Transfer pəncərəsi başa çatdıqdan sonra oyun protokulunda adı qeyd edilməyən oyunçu  digər komandaya cəlb oluna bilər.
5.4 Oyunçuların statusu və transferi ilə əlaqədar yaranan mübahisələrə AFFA Oyunçuların Statusu və Transferi Komitəsində baxılır.
5.5 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
6.Oyun forması ilə bağlı qaydalar
6.1 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
6.2 Oyunçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında mütləq  qoruyucular (şitki) olmalıdır.
Qeyd: Oyunçunun oyun formasının kürəyində nömrəsi olmadığı təqdirdə komanda və ya klub ilk halda nəzərdə tutulan yol xərcinin 50% miqdarında cəzalandırılır. Bu hal təkrarlanacağı təqdirdə pul cəzası 100% miqdarına çatdırılır.
6.3 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən UGYTŞ-yə məlumat verməlidir.
 
7.Klublar və ya komandalar üçün qeydiyyat qaydaları
7.1 AFFA-nın rəsmi internet səhifəsində (www.affa.az) ”Futbola Qoşul” onlayn qeydiyyat sistemində oyunçu və digər iştirakçıların qeydiyyat qaydaları təqdim edilib.
7.2 Qeydiyyat qaydalarında tələb olunan sənədlərə bilərəkdən həqiqi olmayan məlumatı vermək məqsədilə edilən dəyişikliklər sənəd saxtalaşdırılması kimi qəbul edilir.
Qeyd: Saxtakarlıq edən klub və ya komanda həmin tur üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında AFFA nümayəndəsi tərəfindən cəzalandırılır.
 
7.3 Yuxarıda göstərilən hallar aşkarlanarsa, İntizam Komitəsi tərəfindən aşağıda qeyd olunan cəzalar tətbiq oluna bilər:
a) Oyunçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət);
b) Oyunçunun lisenziyasının ləğvi;
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi;
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi;
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi;
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
8.Yarışın keçirilmə sistemi
8.1 Yarışlar bir (1) - seçmə mərhələdən ibarətdir.
8.2 Birinci seçmə mərhələ regionlardakı komandaların sayından asılı olaraq 1 (bir), 2 (iki), 3 (üç), 4 (dörd), 5 (beş) və ya 6 (altı) dövrədən ibarətdir.
8.3 Bakı zonasında yarışlar iki dövrədən ibarətdir. İkinci dövrədə komandalar püşkatma əsasında A və B qruplarına bölünəcəklər.
 
8.4 Təqvimlər UGYTŞ tərəfindən tərtib olunur.
 
9.Meydan
9.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanda keçirilir.
9.2 Meydanın uzunluğu (45-50 m), eni (30-32 m).
9.3 Meydanda iki qapı olmalıdır (2 m x 5 m).
9.4 Penalti nöqtəsindən qapı xəttinə olan məsafə 7 m.
9.5 Cərimə meydançası qapı xəttindən 9 m. məsafədə olan paralel olmalıdır.
 
Meydanın sxemi:
 
10.Oyunun təşkili
10.1 AFFA U-11 Liqasının oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. İstisna hal kimi digər günlər UGYTŞ tərəfindən təyin oluna bilər.
 
10.2 UGYTŞ hər turdan öncə oyunların vaxtı ilə əlaqədar regional nümayəndəliyə və yaxud komandanın əlaqələndirici şəxsinə məlumat verir.
10.3 Oyunun başlamasına 75 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə oyunçuların adları,soyadları yazmalı və oyunun baş hakiminin elektron poçt adresinə göndərilməlidir. Komandalar oyunun başlamasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər və oyundan öncə oyunçuların lisenziyaları baş hakimə təqdim etməlidir. Komandalar oyunçuların lizensiyalarını rəngli formatda çap edib özləri ilə oyuna gətirməlidir.Oyundan əvvəl lisenziyalar oyunun  hakiminə təqdim edilmədiyi halda hakim oyunu başlamamalıdır. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir.
10.4  Oyun başlayan vaxta klub və ya komanda meydanda olmazsa aldığı yol xərcinin 50% miqdarında cəzalandırılır.Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə pul cəzası 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır. (Fors-major hallar istisna olmaq şərtilə)
10.5 AFFA U-11 Liqasında əvvəlcədən AFFA tərəfindən müəyyənləşdirilmiş komandaların nəqliyyat xərcləri AFFA tərəfindən təmin olunur (Bakı zonasında çıxış edən komandalar və peşəkar futbol komandaları nəqliyyat xərci ilə təmin olunmur) .
10.6. AFFA yalnız müstəqil futbol məktəblərinin nəqliyyat xərclərini qarşılayır.
10.7 AFFA U-11 Liqasında mərkəzləşdirilmiş yerlərdə keçirilən oyunların stadionunun icarə haqqı AFFA tərəfindən ödənilir.
10.8 Oyuna başlamazdan öncə mütləq olaraq toplar dezinfeksiya edilməlidir.
10.9 Hər bir komanda ehtiyat oyunçu oturacaqlarında sosial məsafə qaydalarına riayət etməlidir.
10.10 Təcili Tibbi Yardım və ya həkim briqadası oyundan əvvəl meydançanın ərazisində olmalıdır. (Təcili Tibbi Yardım və ya həkim briqadası olmadan baş hakim oyunu başlaya bilməz).
 
11.Oyun qaydaları
11.1 Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
11.2 AFFA U-11 Liqasında “Oyundankənar “ (off-side) vəziyyəti və sarı, qırmızı vərəqə tətbiq olunmur.
11.3.Liqada yaşı 11-dək olan oyunçular iştirak edə bilər (təvəllüdü 01.01.2013-cü ildən başlayanlar və maksimum iki il aşağı təvəllüdlü).
11.4 2023/2024-cü illər mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun tərkibində sifariş olunmuş oyunçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
11.5 Oyunlar iki hissədən ibarətdir. Hər hissə 25 dəqiqə, hissələrarası fasilə isə 5 dəqiqədir.
11.6 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş oyunçularla həyata keçirilir. Oyunun protokoluna 20 oyunçunun adı qeyd olunur (7 əsas və 13 ehtiyat oyunçu).
11.7 Yalnız komanda tərkibində qeydiyyatdan keçirilmiş lisenziyası olan nümayəndələr (baş məşqçi,köməkçi məşqçilər,həkim və komanda administratoru və b.) və 13 oyunçunun ehtiyat skamyalarında əyləşməsinə icazə verilir.
11.8 Top meydanı qapı xəttindən tərk edərsə, top meydana yalnız qapıçı tərəfindən, mərkəz xəttini keçməmək şərtilə əl və ya ayaq ilə daxil oluna bilər. (Əgər qapıçı “qapıçı vuruşu” ilə topu yerə qoyub oyuna başlamaq istəyərsə, bu zaman rəqib oyunçu qapıçıdan öncə topa müdaxilə edə bilər).
11.9 Top mərkəz xəttini keçərsə rəqib sərbəst zərbə ilə oyuna başlayır.
11.10 Top mərkəzdən başlanıldığı zaman 3 toxunuş olmadan vurulan qol hesaba alınmır.
11.11 Oyun zamanı oyunçu öz qapıçısına ötürmə edərsə, qapıçının topa əl ilə toxunması qadağandır.
11.12 2023/2024-cü illər mövsümündə AFFA tərəfindən keçirilən bütün aşağı yaş liqalarda eyni klubun və ya komandanın tərkibində sifariş olunmuş oyunçulardan yalnız 3-ü (üçü) mövcud lisenziyanı təqdim etdikdə, yuxarı liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
Qeyd: Premyer Liqada iştirak edən klublara şamil edilmir.
11.14 Liqada hər komanda üçün oyun zamanı meydanda Azərbaycan vətəndaşı olmayan maksimum 2  oyunçunun olmasına icazə verilir (Əvəzetmə zamanı limit pozulmamalıdır).
11.15 Meydanda tütün məmulatlarından və elektron siqaretdən istifadə etmək qadağandır.
 
12.Oyun zamanı oyunçuların əvəzlənməsi
12.1 AFFA U-11 Liqasında əvəzetmə limitsizdir. Əvəz olunmuş oyunçu yenidən meydana daxil ola bilər.
12.2 Meydana daxil olmağa hazırlaşan oyunçu hakimə lisenziya ilə yaxınlaşmalıdır.
12.3 Oyun ərzində ehtiyat oyunçular isinmə hərəkətlərini etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 13 oyunçu eyni anda edə bilər.
 
13.Oyunun protokolu
13.1 Komandalar oyundan ən azı 75 dəqiqə öncə elektron protokolu oyunun baş hakiminin elektron poçt ünvanına göndərməlidir.
13.2 Protokolda  oyunçunun  adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adı, soyadı və vəzifəsi yazılmalıdır. 
13.3 Oyunçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
13.4 Oyunun hakimi oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyasını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
• Lisenziyanın nömrəsi;
• Komandanın adı;
• Şəxsin adı, soyadı, atasının adı;
• Fotoşəkil;
• Təvəllüdü;
13.5 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
13.6 Oyunun baş tutması üçün komandalar meydanda tam heyətlə olmalıdırlar. Əks halda oyun baş tutmamış sayılır, komanda üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında cəzalandırılır  və oyunun protokolu bağlanılır.
 
14.  Oyunlarda iştirakdan imtina və oyunların dayandırılması
14.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
14.2 Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə turnirdən kənarlaşdırılır.
14.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmaya bilər.
14.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, UGYTŞ klublar və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
 
15.Hakimlik və İnspeksiya
15.1 AFFA U-11 Liqasının oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakim idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi AFFA U-11 Liqasının oyunlarına 1 nəfərdən ibarət hakim təyin edir.
15.2 Hakim oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdır.
15.3 Protokollar oyundan sonra 30 dəqiqə ərzində tərtib edilməli və 24 saat ərzində UGYTŞ-yə təqdim olunmalıdır.
15.4 Hakim oyunun protokoluna adı daxil edilmiş oyunçuların sənədlərini (lisenziyalarını) mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş oyunçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
15.5 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
16.AFFA intizam qərarları
16.1 Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
17.Sarı, qırmızı və yaşıl vərəqələr
17.1 AFFA U-10 Liqasında sarı və qırmızı vərəqələrdən istifadə olunmur.
17.2 Oyun zamanı kobudluq edən oyunçu olarsa oyunun hakimi tərəfindən baş məşqçiyə bildirilir, həmin oyunçu oyundan kənarlaşdırılır və meydana daxil ola bilməz.
17.3  Oyun zamanı cəzalandırılmış oyunçunun əvəzinə digər oyunçu meydana daxil ola bilər (komanda meydanda tam heyətdə olmalıdır).
17.4 AFFA U-11 Liqasında "Yaşıl kart" qaydası tətbiq olunur. Oyun ərzində FAIR PLAY qaydalarına əməl edən futbolçulara hakimlər tərəfindən "yaşıl kart" göstəriləcək.
 
18.Protestlər
18.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun hakimi, AFFA-nın UGYTŞ-yə öz izahatını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 12 saat ərzində AFFA-nın UGYTŞ-yə çatdırılmalıdır.
18.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
• 7 metrlik cərimə zərbələrinin (penalti) təyin olunması;
• 7 metrlik cərimə zərbələrinin (penalti) təyin olunmaması;
• Topun qapı xəttini keçib-keçməməsi barədə;
18.3 AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından bu qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər. Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
 
19.Mükafatlandırma
19.1 Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək.
19.2 Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi təşkil olunmayacaq.
19.3 Mövsümün sonunda ən çox “Yaşıl kart” alan oyunçu AFFA tərəfindən  mükafatlandırılır.
 
20.Mətbuat
20.1 Oyundan sonra müraciət olunduqda hər hansı oyunçu, məşqçi və klub rəsmisindən mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
21.Stadion və iştirakçı komandaların təminatı
21.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Top №4 (təsdiq edilmiş sayda);
b) Qapılar 4 ədəd (2m x 5 m);
c) Qapı toru;
d) Oyun gödəkçələri (jilet);
e) İcarə haqqı;
21.2 Mövsüm ərzində AFFA tərəfindən əvvəlcədən müəyyən olunmuş komandalar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Nəqliyyat xərcləri (təsdiq edilmiş məbləğdə)
 
22.Reklam lövhələri və aksiyaları (promotion)
22.1 Meydanda reklam lövhələrinin (1 ədəd) yerləşdirilməsi aşağıdakı sxemdə göstərildiyi kimi olmalıdır.
Baş Sponsor 
Partnyorlar