Üzeyir Şahlar oğlu İbrahimov 18 yanvar 1984-cü ildə Laçın şəhərində anadan olmuşdur.
Peşəkar futbol karyerasına 1994-1996-cı illərdə qapıçı kimi fəaliyyət göstərdiyi “Xəzri” (Buzovna) FK-da başlamışdır.
1997-1999-cu illərdə “Şəfa” (Bakı), 1999-2000-ci illərdə isə “Neftçi” PFK-da futbolçu karyerasını davam etdirmişdir.
2007-2017 ci ildə İnter PİK-də əsas və əvəzedici komandasında qapıçı məşqçisi kimi çalışıb.
2009-2011-ci illər U-17 milli komandası - qapıçılar üzrə məşqçi
2011-2012-ci illərdə 16 yaşadək oğlanlardan ibarət milli komandada qapıçı-məşqçisi kimi fəaliyyət göstərib.
2013-2018 ci ildə 19 yaşadək oğlanlardan ibarət milli komandada bu funksiyanı yerinə yetirib.
2020-2022-ci illərdə U-20 milli komandada çalışıb.
2022 ci ildən U-21 milli komandada hazırkı vaxtadək fəaliyyət göstərir.
Lisenziya:
2007-ci ildə “C” kateqoriya,
2009-cu ildə “B” kateqoriya,
2011-ci ildə isə “A” kateqoriyalı məşqçi lisenziyalarına yiyələnmişdir.
2017 ci ildə UEFA Qapıcılar üzrə A lisenziyasina sahibdir.
2020 ci ildən AFFA maarifləndirmə şöbəsində “Qapıcı məşqçiləri” kurslarında təlimatcı kimi fəaliyyət göstərir.