az en
News / Region Liqasının püşkü atılıb (fotolar)

Region Liqasının püşkü atılıb (fotolar)

Region liqası Dərc olundu: 04.04.2024 Çap
Bu gün AFFA-nın inzibati binasında AFFA Region Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
 Region Liqasının püşkü atılıb (fotolar)
Püşkatmanın nəticələrini diqqətinizə çatdırırıq:
 
1. “Olimpiya” (Ağcabədi) – “Masallı” 
2. “Göyçay”  – “Göyəzən”
3. “Çinar Zəngilan” – “Lənkəran” 
4. “Neftçala”  – “Şimal” 
5. “Mübariz FA” – “Ağstafa Gəncləri”
6. “Goranboy Qala” – “Hypers” 
7. “Ümid” (Saatlı)  – “Bərdə” 
8. “Zəfər-44” – “Araz” (İmişli)
 
Növbəti mərhələdə birinci cütün qalibi ilə ikinci cütün qalibi, üçüncü cütün qalibi ilə dördüncü cütün qalibi, beşinci cütün qalibi ilə altıncı cütün qalibi, yeddinci cütün qalibi ilə səkkizinci cütün qalibi görüşəcək. 
½ final, 3-cü yer uğrunda və final oyunu isə tək qarşılaşmadan ibarət olmaqla neytral meydanda təşkil olunacaq.
 
Qeyd edək ki, eyni zonadan iki komanda rəqib ola bilməz. Əgər püşkatma zamanı eyni zonadan iki komanda bir-birinə rəqib çıxarsa, həmin komanda digər cütə keçirilir.
Bu gün baş tutan püşkatma mərasimində "Ümid Saatlı"nın rəqibi onunla eyni zonadan çıxdığı üçün, püşkatma qaydalarına uyğun olaraq komanda digər cütə keçirilib. 
 
 
Baş Sponsor 
Partnyorlar