az en
News / Şabranda regional tədbir keçirilib (fotolar)

Şabranda regional tədbir keçirilib (fotolar)

AFFA Dərc olundu: 15.03.2023 Çap
AFFA-nın və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şabranda Uşaq futbolunun inkişafına həsr olunmuş regional tədbir keçirilib.
 
Şabranda regional tədbir keçirilib (fotolar)
Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Şabran Rayon  İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, bu qurumun baş katibi Asim Xudiyev, Şabran Rayon Gənclər və İdman İdarəsinin müdiri Süleyman Əliməmmədov, Sumqayıt şəhər, Siyəzən, Şabran, Xızı, Quba və Qusar rayonlarını təmsil edən uşaq futbol məşqçiləri iştirak ediblər.
Tədbirdə Rauf Əliyev, Asim Xudiyev və digər şəxslər çıxış edərək şimal bölgəsində uşaq futbolunun inkişafı, bu sahədə mövcud olan çətinliklər və onların aradan qaldırılması yolları, həmçinin süni örtüklü meydançaların çatışmazlığı, mövcud meydançalarda örtüklərin dəyişdirilməsi, yarışların təşkilində maliyyə çətinlikləri barədə fikirlərini bildiriblər. Şimal Regional Futbol Federasiyası İctimai Birliyinin rəhbərliyinə mövcud çətinliklərin həll edilməsi məqsədilə təkliflər irəli sürülüb. Tədbirin sonunda  uşaq futbol məşqçilərinə AFFA tərəfindən hədiyyələr təqdim edilib.
 
 
Baş Sponsor 
Partnyorlar