az en
News / AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti standartlara uyğundur

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti standartlara uyğundur

Lisenziya Dərc olundu: 09.02.2024 Çap
İsveçrənin SGS şirkəti 2023-cü ildə AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti standartlara uyğundur
Şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubunda qeyd olunub ki, Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur və Klubların Lisenziyalaşdırılması Departamenti 2024/25-cü illər Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.
 
 
 
 
 
Baş Sponsor 
Partnyorlar