az en
News / AFFA prezidenti “Qarabağ”ı təbrik edib

AFFA prezidenti “Qarabağ”ı təbrik edib

Prezident Dərc olundu: 27.08.2021 Çap
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun UEFA Avropa Konfrans Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı affa.az-a açıqlama verib:
 
AFFA prezidenti “Qarabağ”ı təbrik edib
“UEFA-nın yeni təsis etdiyi, bu mövsümdən etibarən keçirilən UEFA Avropa Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanması münasibətilə “Qarabağ” klubunu təbrik edirəm. Artıq 8-ci mövsümdür ki, “Qarabağ” ardıcıl olaraq avrokuboklarda qrup mərhələsində oynamaq hüququ qazanır. 6 dəfə UEFA Avropa Liqası, 1 dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu bu dəfə eyni uğuru yeni turnirdə də təkrarlamağı bacardı. Bu, böyük müvəffəqiyyətdir. Cari avrokubok mövsümündə təmsilçimizə bir qədər də irəliləyərək UEFA Avropa Konfrans Liqasının play-off mərhələsinə vəsiqə qazanmasını arzu edirəm. Bir daha “Qarabağ” Futbol Klubunun futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini və ölkəmizin futbol ictimaiyyətini bu nəticə münasibətilə təbrik edirəm”.
 
Baş Sponsor 
Partnyorlar