Bu gün Bakı Olimpiya Stadionunun ərazisində yerləşən AFFA VAR mərkəzində “Neftçi” PFK-nın Gənclər Liqasında çıxış edən komandası üçün AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek tərəfindən seminar keçirilib.
Seminarda VAR-ın oyunöncəsi hazırlıq prosesi izah olunub və müvafiq epizodlar üzərində VAR müdaxilələri (oyundankənar vəziyyətin qeydə alınması, penalti epizodları və s.) müzakirə edilib.
Eyni zamanda, yaranan suallar cavablandırılıb.