az en
News / Apellyasiya Arbitraj Tribunalının qərarı

Apellyasiya Arbitraj Tribunalının qərarı

AFFA Dərc olundu: 17.04.2024 Çap
1. Şikayətçi "İmişli" Peşəkar Futbol Klubunun apellyasiya şikayəti qismən təmin edilsin.
Apellyasiya Arbitraj Tribunalının qərarı
2. 03.04.2024-cü il tarixində I Liqanın XX turu çərçivəsində keçirilən “Mingəçevir” – “İmişli” oyununun 80-ci dəqiqəsində “İmişli” klubunun 23 nömrəli futbolçusu Gilyerme Silva ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün futbolçunun 2 oyun cəzalanması, “İmişli” klubunun 150  manat cərimə edilməsi (2023/2024 mövsümü üçün təsdiq edilmiş AFFA İntizam Məcəlləsinin 39.1-ci maddəsi) barədə AFFA İntizam Komitəsinin 09 aprel 2024-cü il tarixli qərarı “oyun cəzası” sanksiyası hissəsində dəyişdirilsin.
 
3. Futbolçu Gilyerme Silva barəsində tətbiq olunan 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni, 1 oyunluq cəza şərti tətbiq edilsin.
 
4. Futbolçu Gilyerme Silva üçün şərti cəzanın çəkilməsinə görə 3 (üç) ay sınaq müddəti təyin edilsin. 
 
5. AFFA İntizam Komitəsinin 09 aprel 2024-cü il tarixli qərarı “cərimə sanksiyası” hissəsində qüvvədə saxlanılsın.
 
6. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
 
7. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
 
8. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
 
Baş Sponsor 
Partnyorlar