az en
News / Apellyasiya Arbitraj Tribunalının qərarı

Apellyasiya Arbitraj Tribunalının qərarı

AFFA Dərc olundu: 29.03.2024 Çap
1. “Lion” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
Apellyasiya Arbitraj Tribunalının qərarı
2. AFFA U-15 Liqası çərçivəsində 10 mart 2024-cü il tarixdə keçirilən “Səbail” FK – “Lion” PFK oyunundan sonra  “Lion” PFK komandasının azarkeşləri tərəfindən hakimlər təhqir edildiyinə, onlara hədə-qorxu gəlindiyinə görə "Lion" PFK-nın 3 ev oyunu azarkeşsiz keçirməsi cəzasının verilməsi (İntizam Məcəlləsinin 1-ci maddəsi) barədə AFFA-nın İntizam Komitəsinin 15 mart 2024-cü il tarixli qərarı ləğv edilsin.
 
3. İş yenidən baxılması üçün AFFA-nın İntizam Komitəsinə göndərilsin.
 
4. Apellyasiya şikayəti qalan hissədə baxılmamış saxlanılsın.
 
5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
 
6. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
 
Baş Sponsor 
Partnyorlar