az en
News / Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalı Dərc olundu: 17.01.2024 Çap
Apellyasiya Arbitraj Tribunalının qərarlarını nəzərinizə çatdırırıq:
Apellyasiya Arbitraj Tribunalının qərarları
1. “Veteran Tankçılar Gəncə” futbol klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
 
2. “17 dekabr 2023-cü il tarixdə AFFA Region Liqasında keçirilən “Veteran Tankçılar Gəncə” – “Bərdə” FK oyununun 90+2-ci dəqiqəsində “Veteran Tankçılar Gəncə” komandasının heyətində əvəzetmə limiti pozulduğu üçün “Veteran Tankçılar Gəncə” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilməsi (maddə 63.1) barədə” AFFA İntizam Komitəsinin 20 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin.
 
3. 17 dekabr 2023-cü il tarixdə AFFA Region Liqasında keçirilən “Veteran Tankçılar Gəncə” – “Bərdə” FK oyununun 90+2-ci dəqiqəsində “Veteran Tankçılar Gəncə” komandasının heyətində əvəzetmə limitinin pozulması ilə bağlı məsələyə Tribunalın qərarının təsviri hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün intizam işi İntizam Komitəsinə göndərilsin.
 
4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. 
 
5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
 
6. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.
 
 
1. “23 dekabr 2023-cü il tarixdə AFFA Gənclər Liqasında keçirilən “Araz Naxçıvan” PFK – “Sabah” FK oyununun 15-ci dəqiqəsində təhlükəsizlik nümayəndəsi olmadığı üçün hesab 1:1 olarkən matç dayandırıldığına görə “Araz Naxçıvan” PFK komandasına xəbərdarlıq edilməsi, matçın dayandırıldığı dəqiqədən (hesab saxlanılmaqla) yenidən keçirilməsi (maddə 11, 1) barədə AFFA İntizam Komitəsinin 24 oktyabr 2023-cü il tarixli qərarından “Sabah” futbol klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
 
2. AFFA İntizam Komitəsinin 24 oktyabr 2023-cü il tarixli qərarının maddi əsası olaraq göstərilmiş 2023/2024 mövsümü üçün qəbul olunmuş İntizam Məcəlləsinin (İM) 11-ci və 1-ci maddələri dəyişdirilərək mövcud məsələyə AFFA Gənclər Liqası Əsasnaməsinin 17.4-cü və 19.1-ci maddələri, İM-nin 11-ci, 72.5-ci maddələri tətbiq edilməklə qərar qüvvədə saxlanılsın.
 
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
 
4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.
 
 
1. “15.12.2023-cü il tarixdə Misli Premyer Liqasının XVII turu çərçivəsində keçirilən “Səbail” – “Qəbələ” oyununun 36-cı dəqiqəsində “Qəbələ” klubunun 19 nömrəli futbolçusu Samuel Tetteh təcavüzkar davranışa (rəqibə zərbə endirdiyinə) görə birbaşa qırmızı vərəqə aldığı üçün onun 2 oyun şərti olmaqla 4 oyun cəzalanması, “Qəbələ” klubunun 3000 manat cərimə edilməsi barədə (maddə 40.3 və 32.1)” AFFA İntizam Komitəsinin 20 dekabr 2023-cü il tarixli qərarının “oyun cəzası” hissəsindən “Qəbələ” klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
 
2. AFFA İntizam Komitəsinin 20 dekabr 2023-cü il tarixli qərarı qüvvədə saxlanılsın.
 
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
 
4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.
Baş Sponsor 
Partnyorlar