az en
News / Appelyasiya Arbitraj Tribunalının qərarları

Appelyasiya Arbitraj Tribunalının qərarları

AFFA Dərc olundu: 09.04.2024 Çap
Oyunçuların AFFA İntizam Məcəlləsinin (2023/2024 mövsümü üçün təsdiq edilmiş) 107-ci maddəsi ilə nəzərdə tutulan (Danışılmış oyunlar) intizam pozuntusunun törədilməsi və buna görə müfaviq sanksiyasının tətbiq edilməsi barədə AFFA İntizam Komitəsinin 18 mart 2024-cü il tarixli qərarlarından verilmiş müvafiq appelyasiya şikayətlərinə dair Tribunalın 103 №-li iş üzrə 09 aprel 2024-cü il tarixli qərarı:
Appelyasiya Arbitraj Tribunalının qərarları
1. Şikayətçi Atlam Egenin etibarnamə üzrə nümayəndəsi Elcan Həsənlinin apellyasiya şikayəti təmin edilməsin.
 
2. I Liqada “İrəvan” klubunda çıxış edən 01.05.1999-cu il təvəllüdlü Atlam Ege Adnan oğlunun danışılmış oyunlarda iştirakına görə AFFA İntizam Məcəlləsinin 107.2-ci maddəsi ilə təqsirli bilinərək ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA-nın İntizam Komitəsinin 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
 
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
 
4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
 
Tribunalın 104 №-li iş üzrə 09 aprel 2024-cü il tarixli qərarı:
 
1. Şikayətçi Kamal Mirzəyevin etibarnamə üzrə nümayəndəsi Elcan Həsənlinin apellyasiya şikayəti təmin edilməsin.
 
2. I Liqada “İrəvan” klubunda çıxış edən 14.09.1994-cü il təvəllüdlü Mirzəyev Kamal Nəsrullah oğlunun danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə və bununla da AFFA İntizam Məcəlləsinin 107.4-cü maddəsi ilə nəzərdə tutulan intizam pozuntusunu törətdiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi, həmin Məcəllənin 32-ci maddəsinə əsasən sınaq müddətinin 1 il təyin edilməsi barədə AFFA-nın İntizam Komitəsinin 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
 
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
 
4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
 
Oyunçunun AFFA İntizam Məcəlləsinin (2023/2024 mövsümü üçün təsdiq edilmiş) 43-cü maddəsi ilə nəzərdə tutulan (təhqiredici və ya ləyaqətsiz ifadələrin işlədilməsi) intizam pozuntusunun törədilməsi və buna görə müvafiq sanksiyanın tətbiq edilməsi barədə AFFA İntizam Komitəsinin 12 mart tarixli qərarından verilmiş müvafiq appelyasiya şikayətinə dair Tribunalın 105 №-li iş üzrə 09 aprel 2024-cü il tarixli qərarı:
 
1. Araz-Naxçıcan Peşəkar Futbol Klubu tərəfindən AFFA İntizam Komitəsinin 12 mart 2024-cü il tarixli qərarının “oyun sanksiyasına” münasibətdə verilən apellyasiya şikayəti təmin edilməsin.
 
2. 10.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXVI turun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 78-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun 1 nömrəli futbolçusu Vüsal Şabanov  hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalanması (AFFA İntizam Məcəlləsinin 43.3-cü maddəsinə əsasən) barədə AFFA İntizam Komitəsinin 12 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. 
 
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
 
4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
 
Baş Sponsor 
Partnyorlar