az en
News / “Araz Naxçıvan” klubuna medallar təqdim edilib (fotoreportaj)

“Araz Naxçıvan” klubuna medallar təqdim edilib (fotoreportaj)

AFFA Dərc olundu: 23.05.2023 Çap
Futbol üzrə Azərbaycan I Divizionun 2022/2023-cü illər mövsümünə yekun vurulub.
“Araz Naxçıvan” klubuna medallar təqdim edilib (fotoreportaj)
Bu gün Naxçıvan Muxtar Respublika stadionunda çempionatının sonuncu - XXX turun “Araz Naxçıvan” - “Zaqatala” (2:0) oyunundan sonra çempion “Araz Naxçıvan” klubuna medallar təqdim edilib.
Mükafatlandırma mərasimində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov, Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov, “Araz Naxçıvan” klubunun rəhbər heyəti və digər rəsmi şəxslər iştirak edib.
 
Baş Sponsor 
Partnyorlar