az en
News / Avro-2020: 50 mindən artıq ağac əkilib (video)

Avro-2020: 50 mindən artıq ağac əkilib (video)

Avro-2020 Dərc olundu: 29.01.2021 Çap
Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərdə ekoloji vəziyyətə töhfə vermək, çempionatın futboldankənar uzunmüddətli irsinin saxlanılması ilə bağlı UEFA İcraiyyə Komitəsi tərəfindən ev sahibi şəhərlərdə 50 min ədəd ağac əkilməsi barədə qərar qəbul edilmişdi. 
 
Avro-2020: 50 mindən artıq ağac əkilib (video)
AFFA UEFA-nın bu təşəbbüsünü müsbət qarşılayıb. AFFA ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən müxtəlif yaşıllaşdırma idarələrinin ərazisində 50600 (əlli min altı yüz) ədəd ağac əkilib. Ağacların bir qismi Xocahəsən gölünün ətrafında, digər hissəsi isə hava limanı magistral yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında əkilib. Bununla bağlı videoçarxı diqqətinizə çatdırırıq.
 
 
Baş Sponsor 
Partnyorlar