az en
News / Azarkeşlərlə əlaqələndirici şəxslər üçün seminar keçirilib

Azarkeşlərlə əlaqələndirici şəxslər üçün seminar keçirilib

Seminar Dərc olundu: 09.04.2024 Çap
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları tərəfindən klublarda çalışan azarkeşlərlə əlaqələndirici şəxslər və əlil azarkeşlərlə əlaqələndirici şəxslər üçün IV onlayn seminar təşkil olunub.
Azarkeşlərlə əlaqələndirici şəxslər üçün seminar keçirilib
İclasda azarkeşlərlə əlaqələndirici şəxslər üçün hədəf auditoriyası, xarici təşkilatlar, habelə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatında fan klubların qeydiyyatı və digər mövzular haqqında danışılıb.
Seminar zamanı "Sumqayıt" FK-nın nümayəndəsi Sənan Mirzəyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu haqqında məlumatları digər klub nümayəndələri ilə paylaşıb.
 
Baş Sponsor 
Partnyorlar