az en
News / Azərbaycan – Lüksemburq: Akkreditasiya üçün qeydiyyat

Azərbaycan – Lüksemburq: Akkreditasiya üçün qeydiyyat

Akkreditasiya Dərc olundu: 24.08.2020 Çap
UEFA Millətlər Liqası turnirinin qrup mərhələsi çərçivəsində sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri avqustun 28-dək qeydiyyatdan keçməlidirlər.
Azərbaycan – Lüksemburq: Akkreditasiya üçün qeydiyyat
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
 
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı;
2. Şəxsiyyət vəsiqəsinin surəti (skaner olunmuş);
3. Təmsil etdiyi KİV;
4. Vəzifəsi;
5. 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil.
 
Yuxarıda qeyd olunanlar 28 avqust saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
 
Vacib qeydlər: 
- COVİD-19 pandemiyası ilə əlaqədar UEFA-nın müvafiq protokoluna uyğun olaraq, mətbuat nümayəndələrinin stadionun mətbuat sektoruna və mətbuat konfransı otağına buraxılması qaydalarına say məhdudiyyəti tətbiq olunacaq.
- Hər KİV-dən yalnız 1 (bir) nəfər qeydiyyatdan keçə bilər.
- Say məhdudiyyəti nəzərə alınaraq, qeydiyyatdan daha erkən keçmiş KİV nümayəndələrinə üstünlük veriləcək.
- Qeydiyyatdan keçənlərin sayı tətbiq olunan limiti keçəcəyi təqdirdə, qeydiyyat avqustun 28-dən daha tez yekunlaşdırıla bilər.
 
 
 
 
 
Baş Sponsor 
Partnyorlar